Nərimanov İH-də növbəti qanvermə aksiyası - Fotolar

Nərimanov İH-də növbəti qanvermə aksiyası
Oxunma sayı: 923

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək və koronovirus pandemiyası zamanı ehtiyyat qan bankının zəngilənşdirilməsi məqsədilə başlanılmış xeyirxah kampaniyada Nərimanov rayon ictimaiyyəti  növbəti dəfə iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, keçirilən qanvermə aksiyasında Nərimanov Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak edib. Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən cəlb olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirib.

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Qanvermə aksiyası zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolasiya qaydalarına riayət edilib.