“Qafqazinfo” xəbər verir ki, tanınmış incəsənət ustalarının ifasında gerçəkləşən konsert proqramı və əsrarəngiz atəşfəşanlıq minlərlə paytaxt sakini və şəhərimizin qonaqları tərəfindən böyük maraqla izlənib, yüksək bayram əhval-ruhiyyəsi və hərarətlə qarşılanıb.
Konsertdə həmçinin məşhur türk müğənnisi Soner Sarıkabadayı da ən populyar mahnıları ilə çıxış edib.
Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəyə rəhbərliyi dövründə Konstitusiya qəbul edilib, respublikada ölüm hökmü ləğv olunub, neft-qaz yataqları yenidən işlənib və Xəzər nefti dünya bazarına çıxarılıb. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə tənəzzüldən inkişaf mərhələsinə qədəm qoyub.