Nərimanov rayon əhalisi tibbi müayinədən keçirildi - - Fotolar

nerimanov-rayon-ehalisi-tibbi-muayineden-kecirildi-
Oxunma sayı: 1368




“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyevin tapşırığı ilə cari ilin fevralın 17-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində 20 fevral 2014-cü il tarixdə Nərimanov rayonunda yerləşən 8 nömrəli şəhər poliklinikasında rayon əhalisinin tibbi müayinəsi keçirilib. 

Aksiyada iştirak edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd edib ki, müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Rayonda yerləşən bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. 

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nurulla Məmmədov vurğulayıb ki, aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işləri görülüb. 

Aksiyada müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu tədbiri yüksək qiymətləndiriblər.