Nərimanov Rayon İcra Hakimiyyəti tədbir keçirdi

nerimanov-rayon-icra-hakimiyyeti-tedbir-kecirdi
Oxunma sayı: 1473


“Qafqazinfo” xəbər verir ki, ədbirdə Milli Məclisin deputatları, rayon rəhbərliyi və rayon ərazisində yerləşən təhsil müəssisələrinin müəllim və şagirdləri, şəhid ailələrinin və qaçqın və məcburi köçkün ailələrin uşaqları iştirak ediblər.

Tədbirdə çixiş edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 10 il əvvəl zəmanənin diktə etdiyi zərurətdən yaranan, cəmiyyətə layiqli töfhə olan bir sıra layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun misilsiz xidmətləri barədə söz açmış, Fondun cəmiyyətin ən müxtəlif sahələrində yüksəliş və tərəqqiyə xidmət edən çoxşaxəli fəaliyyətinin əsasında insanlara təmənnasız yaxşılıq amalının dayandığını bildirib.

Natiq xüsusi olaraq vürğulayıb ki, yüksək təşəbbüskarlığı, fitri idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətin inkişafına layiqli töfhələrini vermiş Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri həm də Azərbaycanın dünya miqyasında tanınmasına, ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşmasına, həmçinin respublikamızın beynəlxalq miqyaslı tədbirlərin təşkilatçısına çevrilməsinə xidmət edir. Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər keçirir, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.

Daha sonra çıxış edən Milli Məclisin deputatları qeyd edib ki, Heydər Əliyev Fondunun paytaxtımızda təşkil etdiyi beynəlxalq tədbirlərin əhəmiyyəti xüsusi vurğulanmalıdı. Son illər UNESCO, İSESCO, UNİSEF və digər beynəlxalq qurumlarla birgə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanındığını, nüfuzunun yüksəldiyini göstərir. Həmin tədbirlərdə dini-etnik ayrı-seçkiliyin, gender bərabərsizliyinin, savadsızlığın aradan qaldırılması məsələləri, habelə səhiyyə, elm, təhsil, mədəniyyət sahələrində qlobal problemlərin ətraflı müzakirə olunduğu bildirilib.

Tədbirin bədii hissəsi tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilib.