Nərimanov rayonunda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib - Fotolar

Nərimanov rayonunda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
Oxunma sayı: 720

Bu gün Rayon Nərimanov İcra Hakimiyyətində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov , Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova, rayon ictimaiyyəti, rayonda yaşayan 20 Yanvar şəhid ailələri və əlilləri iştirak edib. 

Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.

Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən Ş.İbadov, faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildirib: “Baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransı mühüm əhəmiyyət kəsb edir”.

Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə verilən təqaüd və müavinətləri daim artırır və bu, gələcəkdə də davam etdiriləcək.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi