Respublikamızın hər yerində, eləcə də Bakı şəhərində aparılan irimiqyaslı abadlıq və yenidənqurma işləri çərçivəsində Nərimanov rayonu ərazisində də bu işlər uğurla davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, 234 ailənin yaşadığı P.Çaykovski küçəsi 2 və 4 saylı binaların həyəti Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən abadlaşdırılıb və sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, məhəllədaxili yollara yeni asfalt örtüyü çəkilib, bardürlər yenisi ilə əvəz olunub. Sakinlərin istəyi nəzərə alınaraq, avtomobil parklanma yerləri yaradılıb, sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 4 ədəd söhbətgah, idman hərəkətləri ilə məşğul olmaları üçün müxtəlif qurğular, həmçinin uşaqlar üçün yelləncəklər quraşdırılıb. Ərazidə mövcud baxımsız ağaclar budanıb, yeni ağac, kol və müxtəlif gül bitkiləri əkilib.
O cümlədən Prezident İlham Əliyevin müvafiq sərəncamının icrası ilə əlaqədar “Lifttəmir” İstehsalat Birliyi tərəfindən qeyd olunan hər iki binada cəmi 12 ədəd olmaqla yeni, müasir liftlər quraşdırılıb.




Son xəbərlər
Son Xəbərlər