Nərimanov rayonunda hesabat yığıncağı keçirilib - Foto

Nərimanov rayonunda hesabat yığıncağı keçirilib
Oxunma sayı: 944

Bu gün Nərimanov rayonunun sosial-iqtisadi sahədə 2019-cu ilin yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari ilin yanvar ayının 13-də keçirilmiş Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

Hesabat məruzəsində hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyi bildirilib. Belə ki, rayon ərazisində hazırda Pilot layihə çərçivəsində 27 ünvanda çoxmənzilli bina tikintisi işləri həyata keçirildiyi və 10 digər ünvanda isə bu prosesin sənədləşdirmə mərhələsində olduğu və 2019-cu ildə artıq 5 ünvanda tikinti işlərinin başa çatdırılaraq tam təmirli mənzillərin sakinlərin istifadəsinə verildiyi nəzərə çatdırılıb.

Ölkə xaricində həyata keçirilən geniş layihələrə toxunularaq, İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2018-ci ilin may ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan İş Mərkəzinin təntənəli açılışı mərasiminin olduğu, həmçinin 2017-ci ilin dekabr ayında qarşılıqlı olaraq Azərbaycan Biznes Mərkəzinin layihəsi əsasında Nərimanov rayonu ərazisində Həştərxan İş Mərkəzinin hazırda inşasının son tamamlama işlərinin həyata keçirildiyi, eyni zamanda Azərbaycan İş Mərkəzinin nəzdində inşası nəzərdə tutulan Azərbaycan Çay və Şərab Evlərinin binaları üçün torpaq sahəsinin ayrılması ilə bağlı Həştərxan vilayətinin rəhbərliyi ilə danışıqlar aparıldığı qeyd edilib, bu layihələrin reallaşmasının respublikamızda istehsal olunan məhsulların Rusiya ərazisində yayılmasının təşkili üçün geniş imkanlar açacağına və bunun da nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyi xüsusi vurğulanıb.

Eyni zamanda, hesabat dövrü ərzində rayon rəhbərliyi tərəfindən 4265 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 49 səyyar görüş və qəbullar zamanı edilən 386 nəfərin müraciətinin dinlənilərək həll edilməsi istiqamətində müvafiq işlərin həyata keçirildiyi, icrası zaman tələb edən məsələlərin nəzarətə götürüldüyü, həmçinin, Qaynar xətt-“1643” xidmətinə 355 müraciətin daxil olduğu, onlardan əksəriyyətinin tam həll olunaraq, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verildiyi qeyd edilib.

Tədbirdə çıxış edən Tağı Tağıyev çıxış edərək dövlət başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində həyata keçirilən köklü islahatlardan, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində əldə olunan nailiyyətlərdən danışıb və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon Şöbəsinin müdiri Məzahir Vəliyev, 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynov, Nərimanov Bələdiyyəsinin üzvü Tamerlan Əkbərov çıxışlarında müvafiq sahələrdə görülən işlər barədə məlumat veriblər. 

Sonra dövlət başçısının müvafiq Sərəncamı ilə ötən il “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif olunmuş Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Miri Bilal oğlu Həsənova həmin ali mükafat təqdim edilib.

Daha sonra rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fəal iştirakına və xidmətlərinə görə fərqlənən şəxslər Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıb.

Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə görülən işlərin uğurla davam etdirildiyini vurğulayaraq, 2020-ci il üçün nəzərdə tutulmuş bütün tədbir, tapşırıq və göstərişlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə edib.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi