Nərimanov rayonunda Heydər Əliyevin anım günü - Foto

nerimanov-rayonunda-heyder-eliyevin-anim-gunu
Oxunma sayı: 1302

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri, veteranlar, gənclər, ictimaiyyətin və ziyalıların qatıldığı tədbiri ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev müstəqil Azərbaycan dövlətinin qurucusu haqda danışıb: “Qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrilib və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib”.

İcra başçısı eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən ölkədə, həmçinin Nərimanov rayonunda və rayonla sosial-iqtisadi, ictimai-mədəni əlaqələri olan Rusiya Federasiyasının Həştərxan şəhərində həyata keçirilən geniş layihələr barədə məlumat verib və qarşılıqlı əlaqələrin təməlinin hələ Heydər Əliyevin ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövrdə qoyulduğunu nəzərə çatdırıb.

Anım mərasimində çıxış edən Bakı Avrasiya Universitetinin Tədris Departamentinin rəhbəri, professor Mənsim Məmmədov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Kooperasiya Universitetinin prorektoru, dosent Tahir Şükürov Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlərin respublikanın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etdiyini və bu gün bu işlərin dövlət başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində davam etdirildiyini diqqətə çatdırıblar.

Sonda rayon məktəbliləri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr edilmiş şeirlər söyləyiblər.