Nərimanov rayonunda “Qurtuluşdan Zəfərə” konserti - Video+Fotolar

nerimanov-rayonunda-qurtulusdan-zefere-konserti
Oxunma sayı: 1592

Nərimanov rayonunda 15 İyun – Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd edilib. 

“Qafqazinfo” xəbər verir ki, Nərimanov  Rayon  İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Qurtuluşdan Zəfərə” adlı bayram konsertində Azərbaycanın Qurtuluşdan Qarabağ zəfərinə doğru şərəfli bir yol keçdiyi bildirilib. 

Tədbirdə Milli Qurtuluş Günün əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısındakı böyük xidmətlərindən və Prezident İlham Əliyevin dahi rəhbərliyi, böyük cəsarəti və əzmkarlığı sayəsində əldə olunan tarixi zəfərdən danışılıb. 

Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Bayram konserti möhtəşəm atəşfəşanlıqla başa çatıb.