Bakı şəhəri 19 saylı Nərimanov Seçki Dairəsinin 3,7,13,14 və 16 saylı məntəqələri üzrə növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçirilir.
“Qafqazinfo” xəbər verir ki, əhali seçki məntəqələrində fəallıq nümayiş etdirir. Onlar səhər tezdən seçki məntəqələrinin açıldığı vaxtdan etibarən səs vermədə yaxından iştirak edirlər.
Məntəqənin açılışı zamanı vətəndaşların izdihamı müşahidə olunub və bu aktivlik bu saatlaradək davam etməkdədir. Azərbaycanın seçki tarixində seçicilərin ilk dəfə belə aktiv iştirakçılığı müşahidə edilir.
Bildirilir ki, Nərimanov rayonunda da seçici aktivliyi çox yaxşıdır. Seçicilər könüllü şəkildə, heç bir müdaxilə edilmədən, şəffaf şəkildə səsvermədə iştirak etməkdədirlər.
Səsvermə prosesi davam edir.



Son xəbərlər
Son Xəbərlər