Nərimanov və Nəsimi rayonlarının sakinlərinin nəzərinə!

nerimanov-ve-nesimi-rayonlarinin-sakinlerinin-nezerine
Oxunma sayı: 3283

Sabah Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Azərsu” ASC məlumat yayıb. Qeyd edilib ki, 18 iyun tarixində gecə saatlarından başlayaraq gün ərzində sözügedən ərazilərdə məhdudiyyətlər olacaq.

Qeyd edilib ki, suyun verilməsindəki məhdudiyyət yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədardır.