“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 4-də Nərimanov Rayon İcra Hakimiyyətinin və İDEA İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında, həmçinin rayonun digər ərazilərində ağacəkmə kampaniyası keçirilib.
Aksiyaya rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyəti, ümumilikdə 500 nəfərdən çox adam qoşulub. Ərazidə İtaliyadan gətirilən 200 ədəd Leylandra və müxtəlif növ digər ağac və kollar əkilib.
Son xəbərlər
Son Xəbərlər