Nərimanovda ağacların kəsilməsi ilə bağlı - Açıqlama

nerimanovda-agaclarin-kesilmesi-ile-bagli
Oxunma sayı: 1328

Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi ilə Xətai prospektinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov “Qafqazinfo”ya bildirib ki, araşdırma zamanı Nərimanov rayon Bələdiyyəsi tərəfindən ərazidəki qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olduğu müəyyən edilib.

Onun sözlərinə görə, Agentlik tərəfindən qəzalı vəziyyətdə olan ağacların hər birinin əvəzinə bir neçə ağacın əkilməsi şərtilə götürülməsinə rəy verilib.