Nərimanovda bayram təntənəsi... - Video - Fotolar

nerimanovda-bayram-tentenesi
Oxunma sayı: 1258

Nərimanov rayonunda 15 İyun – Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram konsertində Milli Qurtuluş Gününün əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin dövlətimiz qarşısındakı böyük xidmətlərindən və Prezident İlham Əliyevin dahi rəhbərliyi, böyük cəsarəti və əzmkarlığı sayəsində əldə olunan tarixi nailiyyətlərdən və böyük zəfərdən danışılıb.

Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.