Nərimanovda “Bilik günü” qeyd olunub

nerimanovda-bilik-gunu-qeyd-olunub
Oxunma sayı: 746


Keçirilən silsilə tədbirlər çərçivəsində 15 sentyabr 2014-cü il tarixdə yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar rayon ərazisində yerləşən Kor və Zəifgörənlər üçün 5 nömrəli Respublika İnternat Məktəbində tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov, Təhsil Nazirliyinin nümayəndəsi, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Namidar Hüseynquliyev tədbir iştirakçılarını salamlayaraq Heydər Əliyev Fonduna və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildiriblər.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırıb. A.Fərzəliyev həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müəyyən fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.

Sonda Heydər Əliyev Fondunun internat məktəbin şagirdlərinə hədiyyələri – 80 nəfər şagirdə məktəbli çantası, məktəb ləvazimatları, 40 nəfər aztəminatlı şagirdə məktəbli forması təqdim edilib.

Qeyd edək ki, 2013 - 2014-cü tədris ilində Nərimanov rayonun üzrə məktəbləri bitirənlərin sayı 3971 nəfər olub. 5 nəfər şagird məktəbi qızıl medalla bitirib. 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı toplayan şagirdlərin sayı 65 nəfər, bunlardan 650 baldan yuxarı toplayan şagirdlərin sayı 16 nəfərdir. 2 nəfər isə Prezident təqaüdünə layiq görülüb.