Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, rayon rəhbərliyi, millət vəkilləri və ziyalıların iştirak etdiyi tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Qurtuluş Gününün əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Nərimanov RİH başçısı Elgin Həbibullayev, Milli məclisin millət vəkilləri və digər natiqlər çıxış edərək 15 İyunun Azərbaycan xalqı üçün böyük əhəmiyyətə malik tarixi bir gün olduğunu vurğulayıblar.
Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan ulu öndər Heydər Əliyev olub.
Onlar ulu öndərin xalqımıza bəxş etdiyi müstəqilliyin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət sayəsində daha da möhkəmləndirildiyini, Azərbaycanın artıq regionun gündəliyini diktə edən dövlətə, dünya güclərinin hesablaşdığı bir qüvvəyə çevrildiyini bildiriblər.
Tədbirə bədii hissə ilə yekun vurulub.