Nərimanovda əhali müayinə edilir

nerimanovda-ehali-muayine-edilir
Oxunma sayı: 881


"Qafqazinfo"ya daxil olan məlumata görə, bu gün Nərimanov rayonunda yerləşən 18 nömrəli şəhər poliklinikasında rayon əhalisinin növbəti tibbi müayinə prosesi keçirilib. Poliklinika sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqlarla təchiz olunub. Burada xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir.

Xəstəxananın baş həkimi Şəhla Məmmədova xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən tədbirlərin sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb etdiyini bildirib. Baş həkim 12900-ə yaxın sakinin xəstəxananın qeydiyyatında olduğunu və bu günə qədər 9000-dən çox vətəndaşın tibbi müayinədən keçdiyini, 3600 nəfərə ambulator, 15 nəfərə isə stasionar müalicə təyin olunduğunu bildirib.