"Qafqazinfo"ya İcra Hakimiyyətindən daxil olan məlumata görə, vətəndaşların tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün poliklinika ən müasir avadanlıqlarla təchiz olunub.
Aksiyada iştirak edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, müayinələrin aparılmasının əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət etdiyini qeyd edərək, Nərimanov rayonunda yerləşən bütün səhiyyə müəssisələrinin müayinələrin aparılmasına tam hazır vəziyyətdə olduğunu diqqətə çatdırıb.
İ.Mahmudova fevralın 2-dən etibarən artıq Nərimanov rayonu üzrə 3 min 917 nəfərin müayinələrdən keçməsinin təmin olunuğunu, onlardan 3 min 420 nəfərdə hər hansı bir xəstəliyin aşkar olunmadığı, 477 nəfərə ambulator, 20 nəfərə isə stasionar müalicə təyin edildiyini qeyd edib.
Aksiyada müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər