"Qafqazinfo"ya daxil olan məlumata görə, rayon rəhbərliyi, bir sıra hökumət və qeyri hökumət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və fəal üzvlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilk öncə bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik edərək, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
İlk öncə tədbir iştirakçıları ötən illər ərzində rayon gənclərinin aktiv fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.
Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin keçirdiyi “İlin Gənclər və İdman İdarəsi” sorğusunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi birinci yerə layiq görüldüyünə görə mükafatlandılıb.
Tədbirdə həmçinin Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin adından “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakına görə bir sıra gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirilib.
Son xəbərlər
Son Xəbərlər