Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin birgə təşkilatçılığı 01 fevral 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Azərbaycan gəncləri – Azərbaycanın gələcəyidir” mövzusunda rayon gənclərinin toplantısı keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirin keçirilməsində məqsəd “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün geniş qeyd edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İlqar Mirzəyev, İradə Mahmudova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, sədr müavinləri, fəal üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü və eyni zamanda birinci Gənclər Forumunun 20-ci ildönümü münasibətilə ürəkdən təbrik etdi, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd edib ki, mərhum prezident Heydər Əliyev həmişə gənclərə böyük inam göstərib.
Tədbirin sonunda Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, təhsilində fərqləndiyinə, Nərimanov rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə və “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə görə bir qrup rayon gənci mükafatlandırılıb.
Son xəbərlər
Son Xəbərlər