Bu gün Koroğlu Rəhimov küçəsi 3 ünvanda yerləşən yeni salınmış parkda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə gül bayramı keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, gül bayramında Nərimanov rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagird kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələri müxtəlif növ dekorativ güllərdən, dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından eksponatlar hazırlayıblar.
Axşam saatlarınadək davam edən tədbirdə sərgilənən və müsabiqədə iştirak edən sənət əsərləri Bakı Şəhər İcra Hakimiyyətinin qiymətləndirmə komissiyası tərəfindən müxtəlif nominasiyalar üzrə dəyərləndirilib.
Son xəbərlər
Son Xəbərlər