“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 7-də Daxili Qoşunların “N” saylı hərbi hissəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsi tərəfindən “Şahin” hərbi-idman oyununun rayon final mərhələsi keçirilib.
Yarışda rayonun 21 məktəb komandası tərkibində 294 nəfər məktəbli (onlardan 84 nəfəri qızlardır) iştirak edib.
Yarışın nəticəсinə görə I yerə 291 saylı “Araz” Ekologiya liseyin komandası, II yerə 258 saylı məktəbin komandası, III yerə isə 212 saylı məktəbin komandası layiq görülüb. Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanıb.
Son xəbərlər
Son Xəbərlər