Nərimanovda mənzil yandı, 1 nəfər xilas edildi

nerimanovda-menzil-yandi-1-nefer-xilas-edildi
Oxunma sayı: 1292

Paytaxtın Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində iki ədəd sayğac və bir paqonmetr kabel yanıb.

"Qafqazinfo"  xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzildən bir nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.