Nərimanovda mobil işçi qrupu reyd keçirdi - Fotolar

nerimanovda-mobil-isci-qrupu-reyd-kecirdi
Oxunma sayı: 2365

Azərbaycanda elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə Nərimanov rayonunda yaradılmış mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin, rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Bələdiyyənin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin əməkdaşlarının, fəal gənclər və könüllülərin də daxil olduğu mobil qrupların üzvləri tərəfindən növbəti reydlər keçirilib, fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyekt aşkarlanmış və rəhbərlərinə ciddi xəbərdarlıqlar edilib. 

Rayonun müxtəlif ərazilərində, küçə və prospektlərdə, məhəllələrdə, yaşayış massivlərində, eləcə də ticarət və ictimai iaşə obyektlərində və digər yerlərdə keçirilən reydlər zamanı vətəndaşlarla söhbətlər aparılıb, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunub, sərtləşdirilmiş xüsusi karantin dövründə ehtiyac olmadıqda evdən çıxmamaları, çıxdıqları halda isə mütləq şəkildə tibbi maskadan istifadə etmələri, sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıqlar olunub, koronavirus (COVİD-19) infeksiyasından qorunma yolları barədə maarifləndirici bukletlər, maska paylanılıb. 

Həmçinin, reydlər zamanı tibbi maskadan istifadə etməyən, əhalinin sıx toplaşdığı yerlərdə sosial məsafə saxlamayan, yaşayış yerini icazəsiz tərk edən vətəndaşlar barədə qanunamüvafiq qaydada tədbirlər görülüb. 

Qeyd edək ki, 02 iyul tarixdən etibarən rayon ərazisində fəaliyyətinə icazə verilən 1000-ə yaxın ticarət və ictimai-iaşə obyektində reydlər keçirilib. O cümlədən, xəbərdarlıq edilmiş obyekt daha ciddi nəzarətdə saxlanılıraq nöqsanın aradan qaldırıldığını yoxlamaq məqsədilə gün ərzində təkrar yoxlanılır.

Mobil qruplar tərəfindən bundan sonra da fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdiriləcəkdir.