Nərimanovda “Narkomanlığa qarşı mübarizə” mövzusunda tədbir - Foto

nerimanovda-narkomanliga-qarsi-mubarize-movzusunda-tedbir
Oxunma sayı: 729

7 nömrəli Bakı Peşə Liseyində Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının təmsilçilərinin, səhiyyə işçilərinin, peşə liseyinin şagirdlərinin iştirak etdikləri tədbirdə bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışılmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri İradə Mahmudova ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulayıb və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləyib.

Tədbirdə “Narkomanlığa qarşı mübarizə” mövzusuna həsr olunmuş qısametrajlı filmlər nümayiş edilib.

Yekunda şagirdlərin sualları cavablandırılıb.