Nərimanovda növbəti “Abad həyət”in salınmasına start verildi - Video

nerimanovda-novbeti-abad-heyetin-salinmasina-start-verildi
Oxunma sayı: 2448

Bakıda daha bir məhəllədə abadlıq işlərinin həyata keçirilməsinə başlanılır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycan Dövlət Neft Şirkəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi “Abad həyət” layihəsi üçün bu dəfə Azadlıq prospketi 149, 151, 151a və Yusif Vəzir Çəmənzəminli küçəsi: 23 ünvanlarında yerləşən yaşayış binaları seçilib. İcra Hakimiyyətinin şöbə müdiri Rafael Abdullayev bildirib ki, iki minə yaxın sakin üçün nəzərdə tutulan məhəllədə futbol meydançası, uşaqlar üçün attraksionlar və böyüklər üçün istirahət yerləri tikiləcək. Həmçinin, həyətdə böyük xeyir-şər evi inşa olunacaq. Bu abadlıq işlərinin həyata keçirilməsinə isə həyətdə yerləşən köhnə 67 qaraj maneə olur. Həmin qarajlar dövlət tərəfindən sakinlərə müvəqqəti verilib və sərəncamda qeyd olunub ki, dövlət tədbirləri zamanı qarajlar geri alına bilər. 

R.Abdullayev qeyd edib ki, əksər qaraj sahibləri bu ideyanı dəstəkləyir, lakin bir neçə nəfər onlardan kompensasiya tələb edib: “Bu layihə üçün kompensasiya nəzərdə tutulmayıb və heç kimə ödəniş olunmayacaq. Bundan öncə də rayonun bir neçə yerində abad məhəllə salınıb, bu da onların davamçısı olacaq”.