“Qafqazinfo” xəbər verir ki, tədbirdə tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət konsert proqramı təqdim olunub. Rayon İcra Hakimiyyəti rəhbərliyi, Milli Məlisin rayon ərazisindən seçilmiş deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar və ziyalılar, şəhid ailələri və nəhayət rayon ictimaiyyətinin nümayəndələri bayram tədbirində iştirak ediblər.