Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ermənistanın ölkəmizə qarşı növbəti uğursuz silahlı təxribatı nəticəsində təmas xəttində baş verən hadisələrlə əlaqədar aprelin 2-də Prezident yanında Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, ziyalılar və gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu bildirib.
A.Fərzəliyev düşmənə bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuz tərəfindən əldə olunmuş bütün bu nailiyyətləri Azərbaycan prezidenti İlham Əliyevin rəbərliyi altında maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqımızın növbəti uğuru kimi dəyərləndirib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, şəhid ailəsi Sona Vəliyeva, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevrildiyini, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi səviyyəsində dəstəkləndiyini diqqətə çatdıraraq, bunu ölkə rəhbərinin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsi olduğunu qeyd ediblər.






Son xəbərlər
Son Xəbərlər