Nərimanovda Qələbə günü qeyd olundu- - Fotolar

nerimanovda-qelebe-gunu-qeyd-olundu-
Oxunma sayı: 1492


"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Böyük Vətən müharibəsi veteranları, Milli Məclisin deputatları, MDB ölkələrinin ölkəmizdəki səfirləri iştirak edib. 

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə veriyini bildirib. 

Azərbaycan rəhbərliyinin bu müharibədə həlak olanların xatirəsinə ehtiramla yanaşdığını vurğulayan A.Fərzəliyev “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksinin prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını nəzərə çatdırıb. 

MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib.

Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər. Daha sonra kompleksdə dəfn olunmuş əsgər və zabitlərin məzarları ziyarət olunub.