Nərimanovda qışa hazırlıq gedir - Fotolar

Nərimanovda qışa hazırlıq gedir
Oxunma sayı: 920

2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamının icrası ilə bağlı Nərimanov rayonunda binaların dam örtüklərinin yenilənməsi işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, az müddət ərzində rayonun 6 ünvanında - Ak. H.Əliyev küçəsi 90, 90A, Azadlıq prospekti 151B, F.X.Xoyski prospekti 108, 114 və 118 saylı ünvanlarda 6000 kv.m. sahədə binaların dam örtükləri dəmir şiferlə örtülməklə əsaslı təmir olunub. Həmçinin rayon ərazisində 157 mənzilin damı şüşə ruberoid materialından istifadə olunmaqla, təxminən 5200 kv.m. sahədə cari təmir edilib. Rayonun digər ərazilərində təmirə ehtiyacı olan dam örtükləri təmir olunub, bərkidilmə işləri görülüb.

Payız-qış mövsümünə hazırlıq müddəti noyabrın 15-dək davam edəcək və bu gün rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər sürətlə davam etdirilir.

Qeyd edək ki, payız-qış mövsümünə hazırlıqla paralel olaraq rayonda yaşıllıq sahələrinin salınması istiqamətində də işlər davam etdirilir. Akademik Həsən Əliyev, A.M.Cümə, Milli Qəhrəman Albert Aqarunov və Təbriz küçələrində də abadlıq işləri görülüb, xeyli ağac, kollar və dekorativ güllər əkilib, qazon sahələri salınıb.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi