“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdən öncə YAP Nərimanov rayon təşkilatının inzibati binasının foyesində Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub.
Rayon rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin, fəal gənclərin və ziyalıların qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tariximizə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açmış, Cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib. Ş.İbadov Cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edərək, bu iki il ərzində böyük işlərin görüldüyünü, müstəqil dövlət quruculuğunda qazandığı nailiyyətləri, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını vurğulayıb.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirmişdir ki, bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Müstəqilliyimizin əldə olunması heç də asan olmayıb, onun əldə olunması və qorunub saxlanılması naminə minlərlə qəhrəman Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıb.
Eyni zamanda, Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyi, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğu, yalnız 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığı, respublikada sabitliyin yarandığı, inkişaf dövrünün başlandığı, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığı və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Digər çıxışçılar qeyd ediblər ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə dövlətimizin mövqeyi daha da möhkəmləndirilmiş, regional müstəvidə təsir imkanlarını artırıb, ölkə iqtisadiyyatı bütün sahələrdə öz dinamik inkişaf yoluna qədəm qoyubvə hazırda bu yolda inamla irəliləyir.
Son xəbərlər
Son Xəbərlər