Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ata vəsiyyətinin təntənəsi” adlı xatirə tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, rayon rəhbərliyi, millət vəkilləri və ziyalıların iştirak etdiyi tədbirdə Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan video çarx nümayiş olunub. Dövlət Xor Kapellasının ifasında Azərbaycan Himni səsləndirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Milli Məclisin sədr müavini Adil Əliyev və digər natiqlər çıxış edərək bildiriblər ki, biz çox xoşbəxt xalq, xoşbəxt millətik ki, Heydər Əliyev kimi Ulu Öndərimiz və Müzəffər Ali Baş Komandan kimi rəhbərimiz var.
Onlar, həmçinin qəlbi daim Vətən sevgisi ilə döyünən, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixində rolu və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi nəhəng işlər barədə ətraflı məlumat veriblər.
Tədbirdə o cümlədən, Ümummilli lider Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib.






Son xəbərlər
Son Xəbərlər