Nərimanovda yolu keçən qadını maşın vurub öldürdü

nerimanovda-yolu-kecen-qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 2610

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən səhər saatlarında 1984-cü il təvəllüdlü Emil Mehtiyev idarə etdiyi “Mazda” markalı avtomobillə Əhməd Rəcəbli küçəsi 20 ünvanının qarşısında yolu keçən piyadanı vurub. Ağır xəsarətlər alan 1967-ci il təvəllüdlü Yaqut Rzaquliyeva Kliniki Tibbi Mərkəzə çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nərimanov RPŞ-də cinayət işi başlanılıb.

Qeyd edək ki, Əhməd Rəcəbli küçəsində 2 ay əvvəl də piyadanın ölümü ilə nəticələnən ağır qəza olub.