Nərimanovda Zərifə Əliyevanın doğum günü qeyd olundu

nerimanovda-zerife-eliyevanin-dogum-gunu-qeyd-olundu
Oxunma sayı: 1243


İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bağçanın müdiri Sevinc Mustafayeva Zərifə Əliyevanın yolundan danışıb. Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd edib ki, akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırıb. Dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görüb, onu bu elmin ön cərgəsində qəbul ediblər. 

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev vurğulayıb ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə sanballı möhürünü vurub.

Tədbirdə Zərifə Əliyevanın ömür yolunu və zəngin elmiyaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Bağça uşaqlarının və əməkdaşlarının ifasında Zərifə Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib.