“Qafqazinfo”ya daxil olan məlumata görə, mərasimdə eyni zamanda rayonda yerləşən təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərginin nümayişi olub. Sərgidə qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları göz oxşayıb. Bayramın əsas personajları olan Kosa və Keçəlin çıxışı tədbirə zövq qatıb. İncəsənət ustalarının baharı, ölkəmizi tərənnüm edən mahnıları ətrafa yayılaraq bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Daha sonra alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti maraqlı anlar yaşadıb.
Son xəbərlər
Son Xəbərlər