Nərimanovdakı yanğında 20 nəfər təxliyə olunub

nerimanovdaki-yanginda-20-nefer-texliye-olunub
Oxunma sayı: 2215

“Nərimanov rayonunda yaşayış binasında baş verən yanğınla bağlı 20 nəfər təxliyə olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi İlqar Nəsibov məlumat verib. 

Onun sözlərinə görə, hadisə Nərimanov rayonu Ələşrəf Əlizadə küçəsi 61 ünvanında yerləşən 17 mərtəbəli binanın 9-cu mərtəbəsində qeydə alınıb: “Yanğın hadisəsi sahəsi 85 kv olan 3 otaqlı mənzildə baş verib. Mənzilin mətbəxi - 20 kv metr hissəsinin yanar konstruksiyası əşyalarla birlikdə yanıb. Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının fəaliyyəti nəticəsində 20 nəfər təxliyə edilib. Ümumilikdə 5 yanğınsöndürmə avtomobili əraziyə cəlb olunub. Xəsarət alan olmayıb. Yanğın hadisəsi saat 14:40-da baş verib və 14:44-də briqada ərazidə olub”.

İ. Nəsibov bildirib ki, yanğının qeydə alındığı mənzildə heç kəs olmayıb. Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.