“Qafqazinfo”nun məlumatına görə, Nəriman Nərimanovun xatirə ev-muzeyində keçiriləcək tədbiri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi təşkil edəcək.
Tədbirdə elm, ədəbiyyat, mədəniyyət xadimləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak edəcəklər. N.Nərimanovun ömür yolundan, ictimai-siyasi fəaliyyətindən, ədəbi-bədii əsərlərindən söhbət açılacaq.
N.Nərimanov dövlət xadimi olmaqla yanaşı, həm də bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynayıb, ilk qiraətxananı da o, açıb. Ədəbiyyatçı kimi “Bahadır və Sona” əsəri ilə milli roman janrının, “Nadir şah”la isə ilk tarixi faciənin əsasını qoyub.
Son xəbərlər
Son Xəbərlər