Nəşi tapılan əsgərlə bağlı rəsmi açıqlama

nesi-tapilan-esgerle-bagli-resmi-aciqlama
Oxunma sayı: 3946

Hərbi Prokurorluq nəşi tapılan hərbçi ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda qeyd edilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.