Nəşi tapılan şəhid dəfn edildi - Foto

nesi-tapilan-sehid-defn-edildi
Oxunma sayı: 3824

Bir müddət öncə Hadrutda nəşi tapılan və dünən kimliyi müəyyənləşən Vətən Müharibəsi şəhidi Əliyev İxtiyar İlqar oğlu Goranboy rayonunda dəfn edilib.

“Qafqazinfo” xəbər verir ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Dəfn mərasimində ictimaiyyət nümayəndələri iştirak edib.

Murad Əhməd