Nəşi tapılan şəhidlə bağlı rəsmi açıqlama

nesi-tapilan-sehidle-bagli-resmi-aciqlama
Oxunma sayı: 2528

Hərbi Prokurorluq itkin düşən şəhidin nəşinin tapılması ilə bağlı açıqlama verib.

“Qafqazinfo”ya daxil olan məlumatda qeyd edilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilib.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Xatırladaq ki, 1990-cı il təvəllüdlü Mingəçevir sakini P. Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşmüşdü.