“Qafqazinfo” ya daxil olan məlumata görə, N. Yaqublu bildirib ki, Almaniyaya səfər etməkdə məqsədi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam R.Rəsulzadəyə baş çəkmək, onun səhhəti ilə maraqlanmaq olub:
“Rəis bəy ağır əməliyyat olunub və hazırda vəziyyəti yaxşılaşmaq üzrədir. Almaniyadakı müalicəsi artıq başa çatır. Bu ayın sonlarında Bakıya qayıdacaq. Ancaq ildə iki dəfə yenidən Almaniyaya gedib həkimlərin müayinəsindən keçməlidir. İnanıram ki,onun müalicəsinin davam etdirilməsinə də ölkə rəhbərliyi tərəfindən diqqət ediləcək. Rəis bəy hazırda Berlinin mərkəzinə yaxın bir yerdə (Adenauer plast-Adenauer meydanı) mehmanxana şəraitində yaşayır. Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları onunla maraqlanır və xəstəxanaya gedib-gəlməsini təmin edirlər. Biz onun əhval-ruhiyyəsini yüksəltmək üçün şəhər gəzintisini təşkil etdik”.
Son xəbərlər
Son Xəbərlər