Nəsimi gəncləri Qubada - Fotolar

nesimi-gencleri-qubada
Oxunma sayı: 1500

Yay günlərində gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, diyarşünaslığın inkişaf etdirilməsi və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkil edilməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbirlər keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar Nəsimi rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən, təhsildə fərqlənən, həmçinin sahibkar gənclərin iştirakı ilə Quba rayonuna ekskursiya təşkil edilib. Gənclər Quba rayonunun ərazisində yerləşən tarixi-mədəni obyektlərlə yaxından tanış olmublar.

Həmçinin gənclərin Qubanın yaşıl meşələrinə də maraqlı gəzintiləri təşkil edilimb.

Gənclər Qubanın Qəçrəş kəndində birlikdə nahar etmiş, əyləncəli tədbirlərdə - idman və intellektual yarışlarda iştirak edərək mənalı istirahət keçiriblər.