Nəsimi məktəbliləri Naxçıvana yola düşüblər

nesimi-mekteblileri-naxcivana-yola-dusubler
Oxunma sayı: 1054

Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” adlı tur aksiyanın ikinci mərhələsində Naxçıvana yola düşüblər.

“Qafqazinfo” xəbər verir ki, məktəblilərin yolasalma mərasimində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev dövlət başçısının tapşırığı əsasında reallaşan bu lahiyənin əhəmiyyətindən danışaraq qeyd edib ki, bütün bunlar gənc nəslin təlim-tərbiyəsində yüksək səviyyədə olunmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.

Şagirdlər Naxçıvan Murxtar Respublikasının mədəniyyət ocaqları, tarixi abidələri və muzeyləri barədə ətraflı məlumatlandırılacaq, eyni zamanda region gəncləri arasında milli adət-ənənələrimizin öyrənilməsi və təbliği barədə fikir mübadiləsi aparılacaqdır.

Yola salınma mərasimində çıxış edən valideyinlər və məktəblilər ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.