Nəsimi məktəbliləri Naxçıvana yollandı - Fotolar

nesimi-mekteblileri-naxcivana-yollandi
Oxunma sayı: 901

“Ölkəmizi tanıyaq” devizi ilə Nəsimi məktəbliləri Naxçıvana yola düşüblər.

“Qafqazinfo”ya daxil olan məlumata görə, əsas məqsədi gənc nəslin vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan layihə çərçivəsində 28 məktəbli Naxçıvan MR-na səfər edəcəklər.

Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilərək 2 qrupa ayrılıblar. Rayon İcra Hakimiyyətində yaradılmış qərargah tərəfindən hər bir qrupa rəhbər təyin olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçıların qalacağı otel və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar.

Yola salma mərasimində çıxış edən İcra başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat verib, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb.

Qeyd olunub ki, cari ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyətinin yeniyetmələr üçün respublikamızın dilbər güşələrindən birində hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgələrinin təşkil olunması nəzərdə tutulur. Sonra məktəblilər İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirib və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınıb.