Nəsimi rayon Ağsaqqallar şurasının konfransı keçirilib - Fotolar

nesimi-rayon-agsaqqallar-surasinin-konfransi-kecirilib
Oxunma sayı: 1457

Nəsimi rayon Ağsaqqallar şurasının Hesabat-Seçki konfransı keçirilib

“Qafqazinfo” xəbər verir ki, konfransdan öncə hesabat-seçki yığıncağının iştirakçıları Ulu öndər Heydər Əliyevin büstü önünə güllər qoyublar. Konfrans iştirakçıları Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin və vəfat etmiş şura üzvlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Konfransı giriş sözü ilə açan Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov cəmiyyətimizdə ağsaqqalların nüfuzundan danışıb: "Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir". 

Konfransda Respublika Ağsaqqallar şurasının sədri, millət vəkili Eldar Quliyev də çıxış edib: "Ağsaqqallar ölkəmizdə həyata keçirilən ictimai işlərdə yaxından iştirak edirlər, respublikamızda ahıl vətəndaşlara daim dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir".

Sonra konfransda təşkilati məsələlərə baxılıb. Nəsimi rayon Ağsaqqallar şurasının 9 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri seçilib.

Səsvermə nəticəsində Azərbaycan Tibb Unisversitetinin kafedra müdiri, professor, Əməkdar Elm Xadimi Vaqif Şadlinski Nəsimi rayon Ağsaqqallar şurasının sədri seçilib.