Nəsimi rayon İcra Hakimiyyəti uşaqlar üçün tədbir təşkil etdi - Foto

Nəsimi rayon İcra Hakimiyyəti uşaqlar üçün tədbir təşkil etdi
Oxunma sayı: 479

Məktəblilərin yay tətili günlərinin maraqlı və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam edir. 

“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bilgəh qəsəbəsi “Damla” istirahət mərkəzində təşkil edilən tədbirə uşaqlar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəliblər. Bu tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı ailələrdən, təhsildə və idmanda fərqlənən məktəblilər iştirak edib. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqlara xoş istirahət arzu edərək bildirib ki, bu gün dövlət hər bir azərbaycanlı uşağının yüksək sosial-mədəni mühitdə böyüməsinə çalışır. 

Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin,sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir. Gülarə Verdiyeva daha sonra bildirib ki, uşaqların istirahətini və sosial qayğılarını təmin etmək məqsədilə Heydər Əliyev Fondu davamlı olaraq layihələr həyata keçirir. 

Tədbirdə uşaqlar müxtəlif maraqlı oyunlarda iştirak edib, qaliblər hədiyyələrlə mükafatlandırılıb. 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi