Nəsimi rayonu ərazisində dezinfeksiya tədbirləri davam etdirilir - Fotolar

Nəsimi rayonu ərazisində dezinfeksiya tədbirləri davam etdirilir
Oxunma sayı: 779

Nəsimi rayonu ərazisində koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı başlanılmış dezinfeksiya işləri ilə əlaqədar təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir.

 “Qafqazinfo” xəbər verir ki, rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. İşlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunurlar.

Yeni tədarük olunmuş müasir avadanlıq və mexanizmlər görülən işlərin səmərəsini daha da artırmışdır. 24 mart 2020-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası olaraq bu istiqamətdə görülən işlər monitorinqlər və təhlillər aparılaraq təkmilləşdirilir.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi