Nəsimi rayonunda 1 iyunla əlaqədar onlayn tədbir - Foto

nesimi-rayonunda-1-iyunla-elaqedar-onlayn-tedbir
Oxunma sayı: 671

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hər il uşaqlar üçün maraqlı bayram tədbirləri keçirilir.

“Qafqazinfo” xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun 100-dən artıq istedadlı uşağın iştirakı ilə onlayn tədbir keçirilib.

Uşaqlar şeir və mahnılar ifa edib, rəqslər edərək şənləniblər.

Rayon İcra Hakimiyyətinin könüllüləri də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayon ərazisində yerləşən park və bağlarda uşaqlarla maarifləndirmə işləri apararaq onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, digər şəxslərlə minimum kontaktda olmağı, qoruyucu tibbi maskadan mütləq istifadə etməyi, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağı tövsiyə edərək onlara tibbi maskalar və digər hədiyyələr təqdim ediblər.

Həmçinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadıqları 1 saylı Körpələr Evinə bayram sovqatı aparılıb.