Nəsimi rayonunda həyata keçirilən tədbirlər çərçivəsində Şəhid Abdullayev İbrahim Habil oğlunun anasının yaşadığı Moskva prospekti 80 saylı, Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı Asif Məhərrəmov küçəsi 35 saylı ünvanlarında RİH tərəfindən başlanılmış abadlıq, quruculuq ve yenidənqurma işləri başa çatdırılıb, binalara şəhidlərin barelyefləri vurulub.
Hazırda Şəhid Cəfərov Ruslan Gündüz oğlunun ailəsinin yaşadığı H. Seyidzadə küçəsi 28 saylı ünvanda əsaslı təmir işləri davam etdirilir.
Görülən işlər ilə yanaşı İlaxır çərşənbəsi günü Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı A.Məhərrəmov küçəsi ev 35, mənzil 9-da, Şəhid Solnsev Dimitriy Aleksandroviçin ailə üzvlərinin yaşadığı 20 Yanvar küçəsi ev 29, mənzil 7-də, Şəhid Rzayev Hacırza Fikrət oğlunun ailəsinin yaşadığı 3-cü mikrorayon A.Mustafayev küçəsi ev 41, mənzil 28-də başlanılmış əsaslı təmir işlərinin yekunlaşması ilə əlaqədar RİH başçısı Asif Əsgərov mənzillərin təmirdən sonrakı vəziyyətləri ilə tanış olub, şəhid ailələrinin üzvləri ilə görüşərək onları İlaxır çərşənbəsi –torpaq çərşənbəsi münasibətilə təbrik edib.




Son xəbərlər
Son Xəbərlər