Aprel ayının 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəsimi rayon İcra Hakimiyyəti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 1 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, aksiyada Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülər, Bakı Slavyan Universitetində təhsil alan tələbələr, o cümlədən əcnəbi tələbələr fəal ediblər. Gənclər bayram əhval ruhiyyəsi ilə vətənpərvərlik mahnıları oxuyaraq, birlikdə rəqslər ediblər.
Sonda bu əlamətdar günlə bağlı gənclər xatirə şəkilləri çəkdiriblər.
Son xəbərlər
Son Xəbərlər